Kreditlə alınan maşını başqasına satdı, öz başına iş açdı.
Xezerxeber.az məlumat verir ki, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan Xanlar Mustafayev bankdan götürdüyü kreditlə aldığı maşını sonra başqa adama satıb. Amma etibarnamə ilə. Sadəcə alan adama deyib ki, maışının borcu var və banka ödənməlidir. Dediyinə görə, alan adam razılaşıb.
İş elə gətirib ki, maşını alan şəxs də onu sonra 3-cü adama satıb. Tərslikdən maşın bir müddət sonra oğurlanıb. İndi maşının yeri bilinmir.
Uzun müddətdir maşının borcu banka ödənilmir. Belə olan halda bank məhkəməyə müraciət edib, məhkəmə isə borcun ödənilməsini maşinin ilk sahibindən- Xanlardan tələb edir.
Görünən odur ki, Xanlar Mustafayev sadəcə etibatnamə ilə kreditli maşını satmaqla özü- özünə problem yaradıb.
Hüquqşünas Asif Abdullayev də təsdiqləyir ki, mülkiyyətin rəsmi qaydada satılmaması sahibinə problem yaradır.Bank indiki halda ancaq Xanlardan ödəniş tələb edə bilər. Çünki rəsmi sənədlər onun adınadır.
Hüquqşünas bilidirir ki, indiki halda Xanlar polisə müraciət etməli, maşının tapılmasına nail olmalıdır. Problemin həlli yalnız maşının tapılmasından keçir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub