Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.
Mynews.az Trend-ə istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, həmin müddətədək əməkhaqqının məbləğində iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyəti parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təklilfərin hazırlanması da planlaşdırılır.
Hazırda Azərbaycanın dövlət orqanlarında (Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) işləyən dövlət qulluqçularının aylıq vəzifə maaşlarının minimum məbləği inzibati vəzifələr üçün 250 manat, yardımçı vəzifələr üçün isə 150 manatdır.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub