Sosial şəbəkə insanın özünü tanıtması üçün ən əlverişli vasitədir desək, yanılmarıq. Bu vasitə ilə xeyli məşhurlaşan insanlar var. Bunlardan biri də vayner Hüseyn Əzizoğludur.
Mynews.az yenicag.az-a istinadən bildirir ki, bu insanın təkcə “instagram”da 800 minə yaxın izləyicisi var. Bu isə o deməkdir ki, siyasi savadı, elmi düşüncəsi olmasa belə, istənilən halda kütləyə təsir etmək gücündədir.
Məsələn, narkomaniyaya, zorakılığa qarşı videolar çəkməklə cəmiyyətə azdan-çoxdan töhfə verə bilər. Amma o bunun əvəzində nə edir? Məşhurlaşmağın ən asan yolunu sadəcə və sadəcə “18+”, qurşaqaltı videolar çəkməkdə görür.
İndi sizə təqdim etdiyimiz video da onun sonuncu çəkdiyi vaynerdir. İş üçün müraciət edən xanım müdirdən hər dəfə “yox” cavabını alır. Və nəticədə işə düzəlmək üçün çıxış yolunu ətəyini qaldırmaqda görür. Məsələdən agah olan “müdir”in də xanımı hansı məqsədlə işə götürdüyünü başa düşmək “2+2″nin cavabını bilmək qədər sadə və asandır.
Biz təqdim edirik, şərh sizin…
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub