Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.
Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.
Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.
Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub