Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmrliklərindən Türkiyəyə gələn özəl təyyarə İranın paytaxtı Tehranın cənubunda qəza edib. Təyyarədə 2 qadın pilot, 1-i stüardessa olmaqla 8 sərnişin dünyasını dəyişib.
Mynews.az qanarinfo.az-a istinadən bildirir ki, Təyyarənin "Başaran Holdinq"ə məxsus olduğu açıqlanıb. Təyyarədəkilərin Hüseyn Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi olduğu məlum olub. Qızlar subaylığa vida partisindən qayıdırmış.
28 yaşındakı Mina Başaran holdinqin vəliəhdi olaraq göstərildi. Ailənin tək qızı idi. Mina iddialı və istedadlı xarakteri ilə diqqətləri cəlb edirdi. 2013-cü ildə "Başaran Holdinq"in İdarə Heyətinin üzvü olub. Qida, turizm, yaxta, inşaat və enerji sahələrində fəaliyyət göstərən Hüseyn Başaran Türkiyənin tanınmış iş adamlarından sayılır.
Aprelin 14-də Mina Başaranın "Metgraf Matbaacılık"ın sahibi Murat Gezerlə toyu olacaqdı. Cütlüyün 1000 nəfərlik toy mərasiminin dəvətnamələri də artıq paylanıb.











1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub