Tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyilə açılan yeni telekanal – Real TV-nin bu gündən peyk yayımına başlayacağı gözlənilir.
Mynews.az xəbər verir ki, bir neçə gündür, TV ilə bağlı müzakirələr getsə də, Mirşahin Ağayev bu söhbətlərə heç bir reaksiya vermirdi. Lakin jurnalist susqunluğunu pozub və efirdə olmadığı müddətdə onun haqqında danışanların hamısına cavab verəcəyini deyib:
“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!” /BakuPost/
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub