Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.
Mynews.az xəbər verir ki, reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantıların mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkar edilib.
Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.
Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.
Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub