Biləsuvarda iki azyaşlı balası ilə acınacaqlı vəziyyətdə olan ana "Sosial yardım ala bilmirik"

674
Biləsuvarda iki azyaşlı balası ilə acınacaqlı vəziyyətdə olan ana "Sosial yardım ala bilmirik"

Nəzərova Sevinc Bəxtiyar qızı və iki azyaşlı uşaqları ilə birgə Biləsuvarın Saylı kəndində yaşayır. Amma həyat yoldaşı onu və uşaqlarını atıb getdiyinə görə, N.Sevincin ailəsinə və uşaqlarına heç kim baxmır. Bu barədə o, redaksiyamıza göndərdiyi məktubda bildirib.

"10 və 9 yaşlı iki oğlum var. Amma yoldaşım bizi atıb gedib. Uşaqlarım və mənə heç kim baxmır. Yoldaşımla ayrılmışıq. Ünvanlı sosial yardım almaq üçün nazirliyə müraciət etdim. Lakin kəndlilərə verilən pay torpağı adlanan ərazi atamın adına olduğuna görə, müraciətimə imtina cavabı gəldi. Mənim başımda isə şiş var. Həkim deyir tədricən gözlərim tutula bilər. Müalicə olunmağım üçün təxminən 27 min manat pul lazımdır. Uşaqlarımın hər ikisinin səhhətində problem var. Yoxsul vəziyyətdə yaşayıram".

N. Sevincin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də imtina cavabı alıb.

"Hazırda torpaq atamın adına olduğuna görə, sosial yardım ala bilmirəm. Gündəlik tələbatımı ödəmək üçün kənd icra nümayəndəliyi kömək edir. Çox acınacaqlı vəziyyətdə yaşayıraam, evimin içindən su çıxır. Uşaqlarım öz xəstəliklərindən və yoxsulluq içində əziyyət çəkirlər. Uşağımın biri əsəblə əlaqədar beyin qan dövranı pozğunluğundan əziyyət çəkir. Onun ancaq ildə bir dəfə müalicə etdirə bilirəm. Digər oğlum isə sidik yollarinin iltihabi xəstəliyindən əziyyət çəkir. Həkimlər təcili əməliyyat olunmasını məsləhət görüblər. Onları müalicə etdirməyə imkanım çatmır. Xahiş edirəm mənə kömək etsinlər! Ünvanlı sosial yardım alsam ən azından uşaqlarımın gündəlik tələbatını ödəyə bilərəm". N.Sevinc deyib.

Kömək etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər: 0503422489

Xəbər lenti