“Xəzər Xəbər”də tələbə Nihad Quliyevin onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edildiyi barədə sujet gedib.
BiG.AZ xəbər verir ki, bununla bağlı tələbə minval.info ilə əlaqə saxlayıb və açıqlama verib. Nihad Quliyev bildirib ki, onun özü TV əməkdaşlarına çantanı ixtira etmədiyini söyləyib. Lakin “Xəzər Xəbər” yanlışlığa yol verib və bu səbəbdən tələbə ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.
“Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin. Onlar da razılaşdılar, lakin ixtira kimi təqdim etdilər. Hazırda onlarla danışıqlar gedir. Məsələ burasındadır ki, günəş panelli çantalar satışda var. Biz onun üzərinə bir neçə əlavələr etmişik. Bu, dördüncü hazırladığımız çantadır. Onlayn satışdakılar belə deyil” – tələbə bildirib.
Nihad Quliyevin vurğulayıb ki, o, heç kimi aldatmayıb, sadəcə, kiminsə səhlənkarlığı ücbatından məsələ bu yerə gəlib çıxıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, tələbə çantanı ixtira kimi təqdim etməyib. Universitedən Nihad Quliyevin dediyi kimi əşyanın üzərində yalnız əlavələrin edildiyi söylənilib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub