Bu gün cəmiyyətimizin ən çox önəm verdiyi məsələlərdən biri də bakirəlikdir. Kişilərimiz ailə qurduqda bu məsələyə daha ciddi yanaşırlar.
Buna görə də, bakirəliyi pozulan bəzi xanımlar "bakirəliyi bərpa” etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?
Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.
Mynews.az xəbər verir ki, baş mama-ginekoloq Unikal.org-a bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:
"Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir”.
S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramile Abbaszadə adlı həkimin "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:
"Hesab edirəm ki, onunla hüquq mühavizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.
Onlar bilməlidirlər ki, hansı reklamı yayımlamaq olar, hanısnı yox. Bu qeyri-qanunidir. O həkimlər də qanun qarşısında cavab verməlidir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub