VI Qlobal Bakı Forumu ilə əlaqədar bu gündən başlayaraq ayın 18-dək tədbirlərin keçiriləcəyi ərazilərdə, təhlükəsizliyi təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdirilir.
Bu barədə Mynews.az-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, həmin vaxt sürücülərin alternativ variantlardan istifadə etmələri tövsiyə olunur:
“Hazırda Bakı şəhəri ərazisində bir neçə əhəmiyyətli yollarda təmir-tikinti işlərinin aparılması süni nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Ona görə də paytaxtda keçirilən forumla əlaqədar sıxlığın yaşanmaması üçün vətəndaşların ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş edilir.
Paytaxtda keçirilən tədbirin əhəmiyyətini və mövcud vəziyyəti qiymətləndirərək yol polisi və sürücü həmrəyliyinin yaranmasını təklif edirik”.
İdarə rəsmisi deyib ki, martın 15-dən 18-dək hava limanından şəhərin mərkəzinə doğru tədbirlərin keçiriləcəyi ərazilərə bitişik küçə və yollarda avtomobilllərin hərəkət istiqaməti fasilələrlə dəyişdirilir:
“Bu ərazilər Heydər Əliyev, Zərifə Əliyeva, Azadlıq, Neftçilər, Parlament, Hüseyn Cavid, Nəriman Nərimanov və Bakıxanov prospektləri, “Azneft”, Mikayıl Müşfiq dairələri, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Rəsul Rza, Niyazi, Lermentov, Teymur Elçin və Mehdi Hüseyn küçələridir”.
İdarə rəsmisi əlavə olaraq günün qaranlıq vaxtları isə paytaxtın “Azneft” dairəsi istiqamətində Bayıl qəsəbəsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcəyini vurğulayıb:
“Bundan başqa, son zamanlar Bakı ərazisində yük maşınlarının qadağan edilmiş vaxtlarda hərəkətinə icazə verilməyən ərazilərdə hərəkət etdiyi müşahidə olunur. Bu da, öz növbəsində, süni sıxlığın yaranmasına təsir göstərən amildir və inzibati xəta tərkibi yaradır.
Bir daha xəbərdarlıq edirik ki, yük maşınları günün qaranlıq vaxtı, yəni axşam saat 23:00-dan səhər 07:00-a qədər icazə verilən yollar üzrə hərəkət etsinlər”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub