Məşhur iş adamı Hacı İbrahim Nehrəmli Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.
Bu haqda “Bizim Yol” məlumat yayıb. Qəzetə müraciət edən şikayətçilər bildirib ki, iş adamının adıçəkilən ünvanda tikdirdiyi, lakin başa çatdırmadığı ticarət mərkəzindən ofis, maqazin alan vətəndaşlar onu yalançılıqda suçlayıb. Onlar alqı-satqı etməzdən əvvəl, Hacı İbrahimin onlara söz verdiyi tikintini tezliklə yekunlaşdıracağını bidirsə də, bu baş tutmayıb. Vətəndaşlar pullarının geri qaytarılmasını, ya da ticarət mərkəzini tikib yekunlaşdırılmasını tələb ediblər. Bununla bağlı bir çox yerlərə şikayət etsələr də nəticəsi olmayıb.
Məsələ ilə bağlı qəzetə açıqlama veerən Hacı İbrahim Nehrəmli isə problemdən xəbərssiz olduğunu deyib: “İnsanlar çox şey danışa bilərlər. Mən bu barədə məlumatsızam. Kim nə deyirsə, o demək deyil, hamısını düz deyir. İt hürər karvan keçər. Mən bundan artıq heç nə deməyəcəm. Özüm də mən söz vermişəm ki, heç bir sayta açıqlama verməyəcəm.”
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub