Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Mynews.az “Report”a istinadən xəbər verir ki, Həziyev Yasin Qəni oğlu idarə etdiyi “90-XL-449” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.
Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi “10-LB-746” dövlət qeydiyyat nişanlı “VAZ-2105” markalı avtomobil arxadan sürətlə gələrək “Mercedes”ə çırpılıb. Nəticədə aktyor F.Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Aktyor Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub