Jurnalist Andrey Kondraşovun “Putin” sənədli filmində 2000-ci ilin sonunda Rusiya liderinin Bakıya səfəri zamanı ona qarşı hazırlanan sui-qəsdin təfərrüatından danışılıb.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, süjetdə bildirilir ki, terror aktı Şəhidlər Xiyabanında planlaşdırılıb.
Hücumun təşkilatçısı Əbdürəhrəman Buhari kimi tanına İraq vətəndaşı Kənan Əhməd Rüstəm idi.
“Bu, Azərbaycan MTN-nin ən gərgin işlərindən biri idi. Bundan əvvəl bizim mütəxəssislər kustar üsulla hazırlanmış elə partlayıcı qurğu görməmişdilər”, - Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İndrat Fətullayev deyib.
SİM kartlarla birləşdirilmiş bir neçə bomba partlamalı idi, lakin Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının səyi nəticəsində bunun qarşısı alındı.
Terrorçu Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən izlənilən Xatabın zəngindən sonra ələ keçdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub