Martın 17-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 17-si günün ikinci yarısınadək güclü küləkli və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, martın 18-19-da meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişlidir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub