"Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir"

613

Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Lakin sakitliklə bağlı məsələ məni narahat edir.

"Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir"

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır:

"Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə, QMİ sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi, ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik".

Xəbər lenti