Bakıda itkin düşən 16 yaşlı qız tapılıb.
Mynews.az bildirir ki,bu barədə AzNews.az-a itkin düşən qızın atası Elşən Əliyev deyib. Onun sözlərinə görə, Kəklik Əliyeva Nərimanov rayonu ərazisində bir qadının yanında olub:
"Kəklik 5 nomrəli litseydə təhsil alır. Son vaxtlar dərsdən evə gec gəlirdi. Anası da onu buna görə danlayırdı. Beləcə, mübahisə düşüb, Kəklik də evdən gedib. O, Nərimanov rayonunda bir qadının salonunda işə girib. Hazırda polis şöbəsindəyik, Kəklik ifadə verir".
Qeyd edək ki, Bakıda 16 yaşlı qız itkin düşməsi xəbəri yayılıb. Kəklik Elşən qızı Əliyeva martın 4-də anası ilə mübahisə etdikdən sonra Biləcəri qəsəbəsində yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub