Bloger Tural Sadıqlı Çexiyanın Karlovı Varı kurort şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və qardaşı Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus yaşayış binaları komplseksini aşkar etdiyini iddia edir.
Unikal.org xəbər verir ki, bloger Karlovı Varı şəhərində Paşazadələrə məxusus olmasını iddia etsiyi kompleksin qarşısında apardığı video çəkilişi facebook və youtube şəbəkələrində yayıb.
“Karlovı Varı şəhərində Allahşükür Paşazadə və qardaşına məxsus uzunluğu 200-250 metr olan yaşayış kompleskində yüzədək mənzil var. Yaşayış kompleksi şəhərin ən çox turist cəlb edən bahalı Libusina 2120/21 (Karlovy Vary Libušina 2120/21) ünvanında, İmperial otelinin yaxınlığındadır. Bu rayonda Hollivud ulduzları da qalır”.
Bloger həmçinin binanın giriş qapısında liftin düyməsinin üzərində “Allahşükür Paşzadə” yazılmış lövhəni də çəkib. Onun sözlərinə görə, binadakı mənzillərdə əsasən rus ailələri yaşayır.
“Allahşükür Paşazadə və onun Milli Məclisin deputatı olan qardaşı Cavanşir Paşazadənin maaşı ilə bu qədər bahalı mülkə sahib olmaq mümkündürmü?” o hökumətdən sual edir.
Blogerin yaydığı videoreportajla bağlı Qafqaz Müsəlmanları İdarəsindən şərh almaq mümkün olmayıb.
Bir neçə ay öncə də mediada Allahşükür Paşazadə və qardaşı Cavanşir Paşazadənin Karlovı Varıdakı mülkləri barə məlumatlar dərc olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub