Azərbaycanda modul tipli kəsim məntəqələri açılacaq

637
Azərbaycanda modul tipli kəsim məntəqələri açılacaq

Hər bir şəhər, rayon və qəsəbələrdə əhalinin sayına uyğun modul tipli kəsim məntəqələri fəaliyyət göstərəcək.

Mynews.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə,qanunsuz ət kəsimlərinin qarşısının alınması məqsədilə Agentlik tərəfindən tədbirlər həyata keçirilir:

"Qanunsuz ət kəsimləri infeksiya yaradaraq bir çox ağır tipli xəstəliklərin yaranmasına gətirib çıxarır. Bununla bağlı Agentlik tərəfindən mütəmadi olaraq monitorinqlər keçiririk. Müşahidələr zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada həllini tapmamalıdır. Çünki, belə olduğu təqdirdə bu, müvəqqəti olacaq.  Bütün işlər görüldükdən sonra ümumi statistika ölkə rəhbərinə təqdim ediləcək. Onu deyə bilərəm ki, Azərbaycanda qanunsuz ət kəsimlərinin qarşısının alınması məqsədilə modul tipli kəsim məntəqələri fəaliyyət göstərəcək. Həmin kəsim məntəqələrində iri və xırdabuynuzlu heyvanların və quşların kəsimləri həyata keçiriləcək".

Agentliyin sədri həmçinin qeyd edib ki, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsinə qadağa qoyulacaq:

"Dövlət mühafizə orqanlarına qanunsuz ətlərin gətirilməsi ilə bağlı müraciət etmişik. Məhz işlər tam görüldükdən sonra paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Onun da qeyd edim ki, gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq". 

Xəbər lenti