Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb. O, aparıcısı olduğu "Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğunu görünüb. Daha sonra Zaur hamamdan çıxdığını, qazın bitdiyini söyləyib.
Mynews.az xəbər verir ki, Unikal.org bununla bağlı MTRŞ-na müraciət edib. Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev saytımıza açıqlamasında bildirib ki, bizim şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:
"Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülər aşkarlan verilişlər ilə bağlı MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ölçü götürülür".
Sədr müavini əlavə edib ki, sözügedən verilişlə bağlı həftənin ilk iş günü yəni bazarertəsi MTRŞ münasibət bildirəcək.

1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub