Son zamanlar bakirəliyi pozulan bəzi xanımlar "bakirəliyi bərpa" etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?
Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.
Mynews.az unikal.org-a istinadən xəbər verir ki, baş mama-ginekoloq bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:
"Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir".
S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramilə Abbaszadə adlı həkimin "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:
"Hesab edirəm ki, onunla hüquq mühavizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub