Lənkəran şəhərində oğlunun boğazını kəsən ata tutulub.
Mynews.az report-a istinadən xəbər verir ki, ötən gecə şəhər ərazisində baş verən ailə münaqişəsi zamanı 1999-cu il təvəllüdlü Əli Yaqubzadənin boğazını kəsən İlham Yaqubov tutulub.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1999-cu il təvəllüdlü Ə.Yaqubzadə əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Saxlanılan İlham Yaqubov hadisə baş verdiyi an özündə olmadığını bildirib. Hər şeyin anidən baş verdiyi, həyat yoldaşı ilə mübahisə etdiyi zaman əlindəki butulkanın sındığı və oğlunun onları ayırmaq istədikdə xəsarət aldığını deyib.
Faktla bağlı cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub