“Xaliq Faiqoğlu” MMC-nin təsisçisi Faiq Seyidovun göstərişi ilə şirkətin əməkdaşları Novruz bayramı ərəfəsində 18, 61, 65 və 85 saylı xətlər üzrə xidmət göstərən yeni avtobuslarda sərnişinlərə sürpriz edib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, avtobuslara daxil olan milli geyimli əməkdaşlar Novruzun atributu sayılan və xüsusi dizaynla qablaşdırılmış çərəz və şirniyyatları sərnişinlərə təqdim ediblər.
Aksiya zamanı 200-dən artıq şəxsə bayram sovqatları təqdim edilib. Paytaxt sakinləri diqqətə görə minnətdarlıq ediblər.
Onu da qeyd edək ki, paytaxtımıza turist kimi gəlmiş Fransa, İran, İraq və Türkiyə vətəndaşları milli geyimli xanımlara və şirniyyatlarımıza xüsusi maraq göstərib. Onlara “Xaliq Faiqoğlu” şirkəti barədə qısa məlumat verilib.


.jpg)



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub