Mynews.az lent.az-a istinadən körpələrin diş çıxarması, dış ağrıları və diş fırçalamaları ilə bağlı maraqlı məlumatları təqdim edir.
1. Körpələr diş çıxararkən hansı dəyişikliklər baş verir?
- Tüpürcək axıtmaq
- Tüpürcək axıntısına görə çənə nahiyəsində qızartı
- Ağrı
- Narahatlıq
- Yeməkdən imtina etmək
- Qızdırma
- Yuxusuzluq
- Damaqda qızartı, şişkinlik
2. Körpələrin diş ağrısını yüngülləşdirmək üçün nə etməli?
- Körpənizə çeynəyəcəyi, dişlərini qaşıya biləcəyi rezin diş halqası verə bilərsiniz.
- Soyuq içki və yeməklər
- Ağrı kəsici gellər
- Diş ətinə yüngülcə təzyiq göstərmək
3. Körpələrdə diş fırçalamaq
- Körpənizin dişləri çıxar-çıxmaz sulu və təmiz bir dəsmalla dişlər silinməlidir. 1 yaşdan sonra körpələr üçün nəzərdə tutulan yumşaq çöplü diş fırçası istifadə edilə bilər. Diş pastası yalnız 3 yaşından sonra istifadə edilməlidir.
4. Diş təmizliyi neçə yaşından etibarən edilməlidir?
- 3 yaşdan sonra müntəzəm olaraq diş pastası istifadə edilməli və körpənin ağzı mümkün olduğu qədər aylıq həkim yoxlamasından keçirilməlidir.
5. Körpələrdə görülən önəmli diş problemləri hansılardır?
- Barmaq və əmziyi uzun müddət əmmək:
Bu tip vərdişin olması körpələrin damaqlarında ciddi problemlərə yol açır. 2-2,5 yaşa kimi bu vərdişlərə icazə vermək olar.
- Əmzikdən çox istifadə:
Körpələrin əmziklərlə yatmaq vərdişinin qarşısı alınmalıdır. Əmzikdəki südə bal, şəkər tozu və bəhməz əlavə edilməməlidir.