“Instagram”da cinayət törətdikləri üçün tutulmuş və həbs edilmiş xanımların fotolarının yerləşdirildiyi akkaunt sürətlə populyarlaşır. A24.az xəbər verir ki, ABŞ-da yaradılmış “Mugshawtys” akkauntunda artıq 300 foto paylaşılıb. “Maqşot” Birləşmiş ştatlarda həbsdən dərhal sonra çəkilən profil və anfas fotolarıdır. Azərbaycanda da sosial şəbəkələrdə “cinayətkar aləmin ən gözəl mənsubu” kimi tanınan qadın var. O, qarətə görə tutulmuş Şəmkir rayon sakini, 23 yaşlı Səidə Kərimovadır. Qeyd edək ki, Səidə Kərimova 2017-ci ildə tanışı İsrafil Hüseynovla birlikdə quldurluq edərkən saxlanılmışdı. Belə ki, həmin dövürdə cütlük 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və “Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tutmağı bacarmışdı. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilmişdi. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub