Bölgəmizin şəhərləri də təhlükə altındadır.
Mynews.az Spurnik.Az-a istinadən xəbər verir ki, bir qism canlılar su borularına yapışır və onun tıxanmasına gətirib çıxarır, su anbarları üçün təhlükə mənbəyi rolunu oynayır. Hətta şəhərləri belə susuz qoyabilər. Bütün bunların səbəbkarı boyu 1-5 santimetr arasında olan zebra molyuskudur. Dunay çayı hövzəsindən Avropaya, oradan da Şimali Amerikaya yayılan bu molyusk növü, adını sarı və qəhvəyi zolaqlı qabığından götürüb. Boyları 5 santimətrə qədər uzana bilir. Bu dəniz canlıları xüsusi yapışqan örtüyə malik olduqlarından canlı və ya cansız hər şeyə yapışıb sürü halında yaşayırlar. Dünyada ən geniş yayılan molyusklardan hesab olunan zebra növünün dişiləri ildə 1 milyon, yaşadığı müddətdə isə 5 milyondan çox yumurta qoyurlar. Suyun olduğu hər yerdə bu canlılar yaşaya bilərlər.
Qeyd edək ki, ABŞ höküməti bu dəniz canlıları ilə mübarizə aparmaq üçün dövlət büdcəsindən ildə 5 milyard dollar pul ayırır.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu molyuskların ana vətəni Xəzər, Qara və Aral dənizləridir. Bu isə bölgəmizin şəhərlərinin də təhlükə altında olması deməkdir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub