Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.
Mynews.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında" qərarında dəyişiklik edilib.
Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.
Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub