Mynews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov deyib.
H.Rüstəmov qeyd edib ki, bu günə qədərki proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilib: "Hesab edirəm ki, hakimiyyət özü də müxalifətdən olan namizədlərin seçkilərdə iştirak etməsində maraqlıdır".
O, bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi ilə razı olmadığını diqqətə çatdırıb. Partiya rəsmisi deyib ki, seçkiləri boykot etmək çıxış yolu deyil: "Biz bu mövqe ilə razı deyilik. Seçkilərdə istənilən halda resursları toplayıb iştirak etməyin tərəfdarıyıq. Bəzi müxalifət partiyalarının arqumentləri seçkidən imtina üçün əsas ola bilməz. Çünki seçkilərdə iştirak etmək siyasi partiyanın vəzifəsidir və ona görə də biz onların mövqeyini bölüşmürük".
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub