Azərbaycanda alpinistlərin itkin düşməsindən 3 ay ötür.
Femida.az xəbər verir ki, ötən ilin dekabrın 23-də "Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb.
Daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunaraq axtarışa başlanılıb.
Müəyyən edilib ki, N.Bünyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində Tufandağ zirvəsinə qalxmaq məqsədilə Quba rayonunun Xınalıq kəndindən Şahdağ Milli Parkının "Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.
BiG.AZ femida.az-a istinadən xəbər verir ki, alpinistlərin axtarışı hələ də davam etdirilir. Axtarışlara xarici mütəxəssislər cəlb olunub. Dağlıq ərazinin və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq, alpinistlər tapılana qədər Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdiriləcək.
Qeyd edək ki, alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub