Azərbaycanda smartfon istifadəçiləri bəzi saytlara daxil olarkən fırıldaqçılıqla qarşılaşırlar. Belə ki, istifadəçilərə Daxili İşlər Nazirliyi adından xəbərdarlıq gəlir.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur.
Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 120 manat cərimə ödəməlidir.
“Cərimə ödənildikdən sonra blok avtomatik açılacaq. Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq əməliyyat qrupu göndəriləcək”, - deyə xəbərdarlıqda bildirilir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub