Massaçusets Texnologiya İnstitutunun alimləri səhranın quru havasından içməli su alınması üçün qurğu yaradıblar. Bu barədə məlumat “Nature Communications” jurnalında dərc edilmiş məqalədə yer alıb.
Mynews.az AZƏRTAC-a istinadla xəbər verir ki, qurğunun yaradıcıları məsaməli materialdan və ərp təmizləyən vasitədən istifadə ediblər. RİA Novosti mühəndislərin fikrindən sitat gətirərək yazır: “Biz bu materialı bir il əvvəl təqdim edəndə həmkarlarımız onun praktik işləyəcəyinə şübhə ilə yanaşdılar və çoxsaylı iradlarını bildirdilər. Biz səhra sınaqları keçirdik və hər bir iddianı yoxladıq”.
Sınaq zonasında havanın sutkalıq temperaturu 15-25 dərəcə arasında dəyişib, rütubət isə 30 faiz olub. Gün ərzində 250 qram təmiz su əldə etmək mümkün olub.
Cihaz günəş şüalarının təsiri altında xüsusi qaba toplanan su buxarını məsaməli metal-üzvi materialda kondensasiya edir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub