Bakı avtobuslarının qəribə sərnişinləri - FOTOLAR

"Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir”.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Bakubus” MMC-nin mətbuat katibi Mənsur Priyev sərnişinlərin ictimai nəqliyyatdakı fəaliyyətini şərh edən zaman bildirib. O, əlavə edib ki, bəzən avtobusa daxil olan sərnişin heç bir məsuliyyət hiss etmək istəmir:
"Eyni zamanda avtobusun salonunu çirkləndirən, məişət tullantılarını, ərzaq qalıqlarını avtobusa ataraq antisanitar vəziyyət yaradan, oturacaqları zədələyən, yazan nə qədər sərnişinlərimiz də var. Bütün bunlar diqqətə alınmalı və cəmiyyətdə sərnişin məsuliyyəti anlayışı formalaşmalıdır. Bu cür sərnişinlərə qarşı digər vətəndaşlar ictimai mübarizə aparmalıdır. Xüsusilə, intervallarla bağlı daxil olan şikayətlər araşdırıldıqda görürük ki, sərnişinlərin də rolu böyükdür. Müşahidələr göstərir ki, əsasən səhər saatlarında işə, axşam isə evə tələsən sərnişinlər ödəniş kartlarının oxudulması qaydasına yetərincə əməl etmirlər.
İctimai nəqliyyatda hər birimiz iştirakçıyıq. Ona görə də, illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq”.
Mətbuat katibi paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında çəkilmiş bir neçə fotonu da sosial şəbəkədə paylaşaraq bu kimi halların yolverilməz olduğunu qeyd edib.

Loading...
Cəmiyyət
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
- Xankəndidə ev almaq mümkündür?
- Bu avtobuslarda gediş haqqı dəyişdi - Yeni qiymət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 919 dəfə oxunub
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 915 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 599 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 587 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 583 dəfə oxunub
loading...