Lənkəran və Astara rayonları ərazisində gecə saat 03:00 radələrində başlayan yanğın söndürülüb.
Mynews.az APA-ya istinadla xəbər verir ki, ərazi yüksək dağ massivində, çətin relyefdə yerləşməsi və havanın küləkli olması səbəbindən yanğının qarşısı səhər saatlarında alınıb.
Səhər saatlarında yağış yağması və küləyin azalması yanğının söndürülməsinə əlverişli zəmin yaradıb.
Yanğının Hirkan Milli Parkının ərazisinə keçməsinin də qarşısı alınıb. Hazırda ərazi nəzarət götürülüb.
11.19
Martın 24-də axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.
Mynews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.
Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.
Səhər saatlarından külək zəifləyib, yağış yağmağa başlayıb.
Əlavə məlumat veriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub