Azərbaycan 2016-cı ildən qış və yay vaxtına keçiddən imtina edib. Yəni yazda və payızda irəli-geri çəkilən saat sistemi ləğv olunub.
Mynews.az bildirir ki, ancaq buna baxmayaraq yenə bu gün səhər saatlarında bəzi mobil telefon və kompüterlərdə saatlar 1 saat irəli çəkilib.
Ekspert Rövşən Əkbərov bildirir ki, bəzi cihazlarda vaxtın dəyişməsinə səbəb onların saat sisteminin ən son olaraq Azərbaycanda yay vaxtının ləğv olunmasından öncə tənzimlənməsidir.
Adətən "ağıllı" və məlumatlarını daim yeniləyən cihazlarda saat problemi yaşanmayıb və yaşanmayacaq. Ancaq bəzi mobil cihazlarda günəşdən səmərəli istifadədən imtina etməklə də saatın dəyişməsinin qarşısını almaq olar.
Onu da qeyd edək ki, yay və qış vaxtı rejimindən istifadə insanlarda əlavə psixoloji problemlər və gərginlik yaratdığından Azərbaycan 2 il öncə vaxt dəyişməsindən imtina edib. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub