Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi
Mynews.az xəbər verir ki, Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov musavat.com-a bildirdi ki, baş verən yanğın hadisəsi onu da narahat edib və məsələni nəzarətdə saxlayır:
“Mərhum Zabil Müqabiloğlunun bacısı ilə danışmışam, vəziyyətdən xəbərdaram. Sadəcə bayramdan sonrakı ilk iş gununu gözləyirəm ki, “Qaçqınkom”un sədri Əli Həsənova zəng edim, yaxud gedib, onunla görüşüm. Ölkəmizdə yeni evlər tikilir. Bu ailə həm də qaçqın ailəsidir, illərlə yataqxanada yaşayıb. Odur ki, onlar da mənzillə təmin oluna bilər”.
Yeri gəlmişkən, bu yaxınlarda Z.Müqabiloğlunun kitabı da nəşr olunacaq. Ə.Amaşovun dediyinə görə, kitabın nəşri və təqdimatının mərhum jurnalistin doğum günündə keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən bu, mümkün olmayıb: “Amma kitab aprel ayında çap olunacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub