Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:
“Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, Hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz “Lal yuxu” serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır”.

1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub