Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a bildirilib ki, şimal küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti təşkil edəcək.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti təşkil edəcək.
Martın 27-si gündüz, 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub