Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar. Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsə getsin.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun əsas səbəbi etibarnamə ilə bağlı qanunun hələ də qüvvədə olmasıdır. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində etibarnamə ilə avtomobil idarə etmək məsələsi yoxdur.
Ərşad Hüseynov deyir ki, hətta şəxsin xəbəri olmadan da onun adına etibarnamə verilə bilər.
Ekspert qeyd edir ki, əgər hər hansı bir şəxsin adına idarə etmədiyi avtomobilə görə cərimə protokulu gələrsə, 10 gün müddətində nəqliyyat vasitəsini idarə etmədiyinə dair vəsatət qaldırmalıdır. Bundan sonra onun adına olan protokol ləğv ediləcək. Ardınca isə araşdırma aparılaraq sükan arxasında olan şəxs müəyyən ediləcək və protokol onun adına tərtib olunacaq.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub