Lənkəranda məktəblinin qəfil ölümünün bəzi təfərrüatları məlum olub.
Mynews.az “Report”a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Cəlilabad şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərahim Fərhad oğlu avtomobillə Lənkəran şəhərinə gələn zaman qəfil halı pisləşib.
Məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, o, ürəktutmasından vəfat edib. Lakin bildirilir ki, F.Məmmədzadənin bu vaxta qədər səhhətindən heç bir problemi olmayıb.
Qeyd edək ki, mərhumun atası Cəlilabad rayonunun tanınmış həkimidir.
Mərhum Lənkəranda fəaliyyət göstərən “İstək” Liseyinin 8-ci sinif şagirdi olub və bu gün dərslərin başlaması ilə əlaqadar ora gedirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub