Xəbər verdiyimiz kimi ötən həftə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı ev yanıb kül olub. Xoşbəxtlikdən yanğın jurnalistin bacısı Sevinc Əliyeva evdə olmadığı vaxt baş verib.
Evin 25-30 min manatlıq dəyərli əşyalarla birlikdə yanıb kül olduğunu deyən Sevinc Əliyeva “Dövlətqaçqınkom”dan kömək istəyir.
Qeyd edək ki, Sevinc Əliyeva əslən Zəngilandan olan məcburi köçkündür.
Mərhum jurnalistin bacısı Modern.az saytına açıqlamasında bildirib ki, baş verən hadisəyə görə hazırda evsizdir və o, faktiki olaraq küçədə qalıb:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan yardım istəyirəm. Mən dövlətimizə güvənirəm və “Dövlətqaçqınkom”un məni evlə təmin etməsini gözləyirəm”.
Qeyd edək ki, Sevinc Əliyeva 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Əliyeva valideynləri və qardaşı dünyasını dəyişəndən sonra həmin evdə tək qalırdı.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub