Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev ötən gün prezidentliyə namizədlərin debatında “evdə qalmış” xanımların problemlərindən danışıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, o, çıxışında prezident seçilərsə, bu problemləri həll edəcəyini bildirib.
Onun sözlərinə görə, hakimiyyətə gələrsə, yeni İslam modelini də tətbiq edəcək:
“Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində, fiziki məhdudiyyətli və ya digər səbəblərdən ailə qura bilməyən qadınlarımız var. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir.
Bizim xanımlar gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bunu təbliğ edir. Bununla bağlı daha geniş konsepsiyamızı təqdim edəcəyik və tanış olacaqsınız”.
Qeyd edək ki, prezidentliyə namizəd təklif edilən İslam modelinin detallarını açıqlamır, lakin məlumdur ki, İslamda kişiyə dörd qadınla evlənməyə icazə verilir.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev fevral ayının 8-də aprel ayının 11-i Azərbaycanda keçiriləcək prezident seçkilərinə öz namizədliyini “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürüb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub