Artıq bəzi ölkələrdə sənişindaşımada elektrik avtobuslarından istifadə edilir. Lakin onların enerji ilə doldurulması uzun vaxt tələb etdiyindən o qədər də səmərəli hesab olunmur. Rusiyanın "QAZ" zavodu isə yeni, cəmi bir neçə dəqiqəyə enerji ilə doldurula bilən elektrobus təqdim edib.
Milli.Az xəbər verir ki, avtobus cəmi 10-18 dəqiqə ərzində enerji ilə doldurula və şəhərdə saatda 350 km sürətlə sürülə bilən litium-titanatlı batareya ilə təchiz edilib.

Elektrobus "LiAZ-5292" avtobusunun modeli əsasında hazırlanıb. Yeni avtobus 27 oturacaqlıdır, amma ayaq üstə duranlar da daxil olmaqla 85 sərnişin üçün nəzərdə tutulub.
Elektrobusların bu ildən Moskvada fəal istifadəyə veriləcəyi, 2020-ci ildən isə onların ənənəvi daxili yanma mühərrikli avtobusları tam əvəzləyəcəyi gözlənilir.
Hələlik elektrobusun qiyməti açıqlanmır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub