Dünən süpürgəçinin vurulması hadisəsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Mynews.az xəbər verir ki, martın 28-də paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“KamAZ” paytaxt sakini – süpürgəçi Cəmilə Salahovanı vurub. Qadın hadisə yerində vəfat edib.
Martın 29-da, səhər saatlarından paytaxtın bütün süpürgəçiləri öz ərazilərinə yeni daşına bilən çəpərlərlə (yol konusları) çıxıblar.
Oxu.Az müxbirinin Yasamal rayonu ərazisində olan süpürgəçi ilə söhbəti zamanı məlum olub ki, bu gün səhər onlara təhlükəsizlik qaydaları izah edilib, onlara yeni plaş və yol konusları verilib.
Təmizliklə məşğul olan işçiyə təhlükəli və zərərli istehsalat faktorları (hərəkət edən maşınlar və mexanizmlər) təsir edə bilər.
Qəbul olunmuş beynəlxalq standartlara görə, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. Tövsiyə edilən normalar xüsusi geyimin verilməsi, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələridir.
Süpürgəçinin özündən isə iş üçün təhlükəsiz şərait yaratmaq – daşına bilən çəpərlərin olması və onları yoxlamaq tələb olunur. Nəqliyyatın hərəkəti zamanı baş verə biləcək qəza bölgəsində təmizlənən ərazilərə, iş yerindən 5-7 metr məsafədə daşına bilən çəpərləri quraşdırımaq lazımdır.
Təmizlənən ərazidə nəqliyyatın hərəkəti zamanı müvəqqəti olaraq işi dayandırmaq lazımdır.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub