"Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, artıq institutun yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirilib: "Komitə olaraq biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib. Artıq qəbul olunacaq tələbələr və ixtisaslar müəyyənləşib. Hələlik institutun fəaliyyət göstərməsi üçün yerin ayrılması məsələsi açıq qalıb. Yaxın vaxtlarda yəqin ki, bu məsələ də öz həllini tapacaq".
M.Qurbamlı deyib ki, bu il institutun binası məsələsi həll olunsa, dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub