Sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilənməlumata görə, Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 751 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 30-da şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq
Martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizidir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub