Xəbər verdiyimiz kimi 28 mart tarixində avtoqəza hadisəsini lentə alan Cümhuriyət qəzetinin əməkdaşı polis tərəfindən saxlanılıb və yaxınlıqdakı bölməyə aparılıb. Bir neçə saat saxlanılan jurnalist gecə saatlarında sərbəst buraxılıb.
Bununla bağlı BiG.AZ-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət öz peşə borcunu yerinə yetirən bir jurnalistin belə bir şəkildə saxlanmasını üzücü bir hal kimi qiymətləndirib.

Azər Həsrət vurğulayıb ki, mən bu olayın tez bir zamanda aydınlığa qovuşmasını, jurnalistlə bağlı yanlış varsa, onun düzəldilməsini istərdim: "Hadisə yerində nəinki jurnalistin, istənilən şəxsin çəkiliş aparmasına polisin əngəl olması doğru bir yanaşma deyil. Təbii ki, təhlükəsizlik və gizliliklə bağlı ciddi əsaslar istisna olmaqla. Ona görə də istərdim ki, yanlış davranışa yol vermiş polislər bunu dərhal düzəltsinlər".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub