Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sabah səhər saatlarınadək davam edəcək.
Mynews.az-ın məlumatına görə, bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hazırda mövcud olan qeyri-sabit hava şəraiti haqqında danışarkən deyib.
O bildirib ki, sabah günorta saatlarında havanın temperaturu tədricən mülayimləşəcək:
“Bu gün hava şəraiti ötən günə nisbətən qismən dəyişib. Sutka ərzində paytaxtda və ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq. Bu hava şəraiti martın 31-i səhər saatlarınadək davam edəcək. Həmin müddətdən sonra şimal-qərb küləyi tədricən mülayimləşəcək və günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq”.
G.Məmmədova bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək:
“Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, aprelin 1-dən ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub