Tanınmış müğənni Zamiq Hüseynov yeni avtomobillə görüntülənib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, ifaçının görüntüləndiyi maşın “Mercedes”in “S Class 600” modelinin “Maybach” versiyasıdır.
Ölkəmizdə az adamın istifadə etdiyi bu avtomobilin qiyməti isə təxminən 500 min manatdır.
Avtomobilin “10 PB 002” seriyalı nömrəsi də diqqət çəkib.
Məsələ ilə bağlı saytımıza danışan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu seriya hüquqi şəxslərə aid olan nəqliyyat vasitələrinə verilir:
“PB seriyalı nömrələr hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinə verilir. Həmin nömrə lizinq də, hər hansı şirkətə də məxsus ola bilər. Nömrənin kimə aid olduğu barədə isə məlumat verə bilmərik”.
Bu məqamda qeyd edək ki, sözügedən nömrə illər öncə Əməkdar artist Ədalət Şükürovun “Mercedes” markalı maşınında olub. Zamiqin görüntüləndiyi avtomobilin də ona aid olduğu iddialar arasındadır.
Qeyd edək ki, Zamiq bir neçə ildir “Jeep”in “Wrangler Rubicon” modelindən istifadə edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub