Yayılmış şayiələrin və sosial şəbəkələrdəki səhv xəbərlərin təsdiqi kimi, Təhsil Nazirliyinin rəsmi xəbərdarlığından sonra Bakı və Sumqayıt şəhərlərində valideynlər risk etməməyi qərara alaraq, səhər uşaqlarını məktəbə göndərməkdən imtina ediblər.
Mynews.az xəbər verir ki, şagirdlərin dərslərdə olmaması xüsusən ibtidai siniflərdə daha çox hiss olunub.
30-35 nəfər şagirdin oxuduğu siniflərdə bu gün dərsə 15-20 nəfər gəlib.
Sumqayıt şəhərinin məktəblərinin bir neçə siniflərində uşaqların gəlməməsi səbəbilə dərslər ləğv edilib.
Rəsmi məlumata əsasən, martın 3-dən 31-dək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü və təhlükəli şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Bakı şəhər Təhsil İdarəsi Oxu.Az-a paytaxt məktəblərində şagirdlərin davamiyyətinin aşağı olması faktını təsdiqləyib.
İdarənin məlumatında deyilir ki, martın 30-da paytaxt məktəblərinə şagirdlərin 75%-i dərsə gəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub