Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb.
Mynews.az xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.
Məlumatda bildirilib ki, klinikanın III cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bildirib ki, şöbədə estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir.
Şöbə müdiri qeyd edib ki, son illər ölkədə plastik cərrahiyyəyə tələbat artıb:
“Orta yaş və bir az artıq yaşlı xanımlarımız üzgərmə və göz ətrafında olan əməliyyatlara üstünlük verirlər. Gənc xanımlar isə əməliyyat yolu ilə süd vəzilərini böyüdürlər.
Həmçinin bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikalar üçün müraciət edirlər. Orta çəkili qadınlar döş balacalatması, arıqladıqdan sonra qol ətrafında sallaqlıq kimi şikayətlərlə klinikaya üz tuturlar. Bu tip əməliyyatlar çox icra edirik. Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin xidmətlərindən təkcə qadınlar deyil, kişilər də faydalanırlar”.
“Blefaroplastika, yəni gözaltı torbaların aradan qaldırılması kişiləri daha çox narahat edən problemlərdəndir. Həmçinin liposaksiya - qarın yağlarının ləğvi üçün müraciət edənlər də var.
Bundan başqa, ginekomastiya - döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub